Azərbaycanın hərbi qulluqçusu koronavirusdan öldü – FOTObackend

Azərbaycanın hərbi qulluqçusu koronavirusdan öldü - FOTO

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.

PARLA bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – nazirlikdən bildirilib.

Allah rəhmət eləsin!

www.parla.az