Azərbaycanda Yenilik: Abituriyentlər evdən çıxmadan mobil telefonla sınaq imtahanlarını verəcəklərbackend

Azərbaycanda Yenilik: Abituriyentlər evdən çıxmadan mobil telefonla sınaq imtahanlarını verəcəklər

Azərbaycanlı gənc Cahad Hacıyev gənclərimizin maariflənməsinə dəstək olmaq məqsədi ilə, unikal bir proqram hazırlayıb.

“İtest” adlanan proqram qəbul imtahanlarına hazırlaşan gənclərə evdə oturaraq test imtahanlarından ödənişsiz keçmək imkanı yaradır. Bunun üçün mobil telefonlarına “google play” və ya “apple store”-dan tamamilə ödənişsiz “İtest” proqramını yükləmək kifayətdir.

On minlərlə test sualı yerləşdirilən proqramda bütün ixtisas qrupları və fənnlər üzrə testlər mövcuddur. Coronavirusla mübarizəylə bağlı Cahad Hacıyev həmvətənlilərinə proqramdan istifadəni tamamilə ödənişsiz edib.

Belə ki hazırda insanlara evdən çıxmamaq tövsiyyə edilir. Bu müddət ərzində gənclər telefonuna “İtest” proqramını yükləməklə ödənişsiz test imtahanlarını verib qəbul imtahanlarına hazırlaşacaqlar.

Parla.az saytına açıqlamasında Cahad Hacıyev bu sözləri deyib: “Mən tələbə olarkən bir çox gənclərin universitet hazırlığına, sınaq və test imtahanlarına maddi sıxıntı çəkdiklərini müşahidə edirdim. O zamanlardan düşünürdüm ki, mütləq etdiyim layihələr maarifləndirmə yönümlü olsun, ölkənin gənclərini maarifləndirmək üçün bir şeylər edim. Bu çətin dövrdə baxmayaraq ki, bu layihəyə kifayət qədər vəsait sərf etmişəm, mən bunu Azərbaycan gənclərinə kömək məqsədilə paylaşıram. İstəyirəm ki, gənclərimiz ali təhsil ocaqlarına daha rahat hazırlaşsınlar.

Qeyd edək ki, Cahad Hacıyev 1990-cı ildə Bakı şəhərində anadan olub. O, “Bakı Oksford məktəbi”ni bitirdikdən sonra, Türkiyədəki “Bahçeşehir” universitetində “Beynalxalq münasibətlər” üzrə bakalavr, daha sonra “Siyasi psixologiya” üzrə magistr dərəcəsinə yüksəlib. Hal-hazırda Azerbaijan Global Trading şirkətində çalışır.

Eləcə də o, xalq artisti Briliant Dadaşova və Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin yeganə oğludur.

İtest proqramını yükləmək üçün aşağıdakı linklərdən istifadə edin:

https://apps.apple.com/gb/app/itest-az/id1501840280
https://play.google.com/store/apps/details?id=com.droid.itest

www.parla.az