Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı – 5 nəfər vəfat etdibackend

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı - 5 nəfər vəfat etdi

Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 16 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

www.parla.az