Azərbaycanda məktəblər bu tarixdən açılacaq – RƏSMİbackend

Azərbaycanda məktəblər bu tarixdən açılacaq - RƏSMİ

Sentyabrın 15-dən I-V siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq.

PARLA-nın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, V-IX siniflərdə isə tədris oktyabrdan tətbiq olunacaq.

Uşaq bağçaları da mərhələli şəkildə sentyabrın 15-dən fəaliyyətə başlaya bilər.

Oktyabrın 15-dən isə X-XI siniflər üzrə tədris bərpa ediləcək.

Qeyd edək ki, dərslər həftədə 2-3 dəfə keçiriləcək.

www.parla.az