Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏTbackend

Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT

Hazırda Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat nümayəndələri üçün növbəti brifinqi keçirilir.

PARLA bildirir ki, tədbirdə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva, Tibb Universitetinin professoru Akif Qurbanov, Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev iştirak edirlər. Onlar ölkədə koronavirusla bağlı son vəziyyət haqda məlumat veriblər.

Nəzrin Mustafayeva bildirib ki, bu gün 3942 nəfər yoluxub, 37 nəfər vəfat edib. Ümumilkdə 232 nəfər ölüb.

2265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Mustafayeva qeyd edib ki, Azərbaycanda indiyədək ümumilikdə 129.544 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 79.162 nəfər müalicə olunaraq sağalıb, 1.470 nəfər vəfat edib, aktiv xəstə sayı 48.912 nəfərdir.

Özbaşına sistem etməyin zərərləri

Mustafayeva əlavə edib ki, koronavirus səbəbindın əsas ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox müşahidə olunur. Xüsusilə ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma daha çox müşahidə olunur. Bundan əlavə, yoluxanlardan 81 faizi xəstəliyi yüngül keçirir. Lakin bəzi həssas qrup şəxslər xəstəxanalara axın edir: “Bəziləri isə bizim təyin etmədiyimiz müalicələrə yönəlirlər. Son günlər əhali arasında sistem vurulması halları çoxalıb. Xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər. Vətəndaşları təşvişə düşməməyə çağırırıq. Testin nəticəsi pozitiv olan bəzi şəxslər isə yaşadığı yerləri tərk edirlər. Bu da onların özlü və ətrafdakılar üçün təhlükə yaradır. Bu şəxsləri karantin qaydaların ciddi şəkildə riayət etməyə çağrırıq”.

www.parla.az