Azərbaycanda hər 1000 kişiyə 1002 qadın düşürbackend

Azərbaycanda hər 1000 kişiyə 1002 qadın düşür

2020-ci ilin yanvar-iyun ayları ərzində 59 356 doğulan körpə qeydə alınıb.

PARLA-nın verdiyi xəbərə görə, körpələrdən 1 608-i əkiz, 57-si isə üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,7 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1002 qadın düşür.

www.parla.az