Azərbaycanda daha bir qadağanın müddəti uzadıldıbackend

Azərbaycanda daha bir qadağanın müddəti uzadıldı

Nazirlər Kabineti “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib.

PARLA xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair müddət sentyabrın 1-dək uzadılıb.

Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə siyahısı bu Qərara əlavə olunan malların Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılıb.

www.parla.az