AZƏRBAYCANDA BİR İLK! MDB ölkələrinin kinoprokatına çıxacaq bədii film çəkildi – VİDEObackend

AZƏRBAYCANDA BİR İLK! MDB ölkələrinin kinoprokatına çıxacaq bədii film çəkildi - VİDEO

Azərbaycanda ilk dəfə olaraq, MDB ölkələrinin kinoprokatına çıxacaq bədii film çəkilib.

PARLA xəbər verir ki, pandemiya günlərində Bakıya gələn Rusiyalı aktyorların iştirakı ilə, Azərbaycanın “Caspian Media Group” şirkəti Rusiyanın “Biznes Dialoq” şirkəti ilə birlikdə Качели Над Каспием (Xəzər üzərində yelləncək) filmi çəkilib. Film eyniadlı romanın motivləri əsasındadır.

Filmdə baş rolları Mariya Suvorovskaya, Emil Həsənzadə, Duyğu Dəvəli, Azər Aydəmir, Suqra Bağırzadə və Zemfira Abdulsəmədova ifa edir.

Filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, quruluşçu operatoru isə Rauf Qurbanəliyevdir.

Layihənin prodüseri Hüseyn Cavadzadə, Mariya Suvorovskaya və Səadət Qarayevadır.

Rus dilində olan filmin fevral ayında MDB məkanında premyerası nəzərdə tutulub.

Film azərbaycanlı Ruslanın rusiyalı Nataliya ilə sevgi hekayəsindən bəhs edir.

www.parla.az