Azərbaycanda əhali əllərindəki xarici valyutanı banklara satmağa başlayıbbackend

Azərbaycanda əhali əllərindəki xarici valyutanı banklara satmağa başlayıb

Azərbaycanda sərt karantin rejiminin nisbətən yumşaldığı iyun ayında əhali əllərindəki dolları milli valyutaya çevirməyə daha çox meyillənib.

PARLA bu barədə Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.

Ölkədə əhali banka iyun ayında 103.49 milyon ABŞ dollar həcmində valyutasını satmalı olub (eləcə də banklar alıb) ki, bu da son 4 ayda müşahidə edilən ən böyük rəqəmdir. Məsələn, banklar, mart ayında 86.1 mln. dollar, apreldə 41.97 mln. dollar və may ayında 71.19 dollar həcmində valyutanı müştərilərdən almışdılar.

Ölkədə təkcə ABŞ dolları deyil, digər valyutalara sahib əhali konvertasiyaya meyilli olublar. Buna misal kimi, Avrozonanın vahid valyutasının (öncəki ayla müqayisədə: +36%) artımla 6.43 mln. avro həcmində, 1 347.58 milyon Rusiya rublu və az qala iki qat (+90%) artımla 360 min funt sterlinq həcmində xarici valyuta artımını göstərmək olar.

Banklar isə, əksinə, insanlara valyuta satışını azalmalı olublar. Banklar tərəfindən cari ilin iyun ayında 144.69 mln. ABŞ dolları (öncəki ayla müqayisədə: -36%), 14.05 mln. avro (-22%), 168.67 mln. Rus rublu (+0.01) və 521 min funt sterlinq (-4%), həcmində valyuta satılıb.

PARLA xatırladır ki, Dövlət Neft Fondunun iştirakı ilə Mərkəzi Bankda keçirlən iyun ayındakı 9 valyuta hərracında 373.2 ABŞ dolları həcmində dollar satılıb.

www.parla.az