Azərbaycana əsir düşən ermənilər onlara göstərilən münasibətdən danışdılarbackend

Azərbaycana əsir düşən ermənilər onlara göstərilən münasibətdən danışdılar

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən yaralı vəziyyətdə əsir düşmüş hərbçilərlə müalicə olunduqları hospitalda görüşüb.

Komissiya katibi yaralı Ermənistan hərbçilərinin vəziyyəti, onlarla davranış, müalicələri və saxlanma şəraitləri ilə maraqlanıb.

PARLA xəbər verir ki, əsirlər 13.11.2001-ci il təvəllüdlü Sarqsyan Areq Siraki, 23.05.2001-ci il təvəllüdlü Amircanyan Narek Qariki və 07.09.2001-ci il təvəllüdlü Mikayelyan Albert Yervandi Azərbaycanda onlara göstərilən münasibətdən razı qaldıqlarını, müalicələrinin aparıldığını bildirərək, minnətdarlıq ediblər.

Onu da bildirək ki, beynəlxalq humanitar hüquq normalarının müvafiq müddəaları rəhbər tutularaq, başcəkmə zamanı yaralı Ermənistan hərbçilərindən ikisinin ailələri ilə telefon əlaqəsi saxlamaları təmin edilib. Ailə üzvlərinin telefon nömrələrini xatırlamadığını bildirən Albert Mikaelyana isə videomüraciətlə yaxınlarına onunla davranış və müalicəsi barədə məlumat verilməsi üçün şərait yaradılıb.

www.parla.az