Azərbaycan vətəndaşları Hindistandan təxliyə olunubbackend

Azərbaycan vətəndaşları Hindistandan təxliyə olunub

Gürcüstandan daha 5 Azərbaycan vətəndaşı Vətənə təxliyə olunur.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Həmin şəxslər Tbilisiyə Hindistandan aviareyslə gəliblər. Səfirlik əməkdaşları onları hava limanında qarşılayıb. Hazırda Azərbaycan vətəndaşları xüsusi ayrılmış mikroavtobus vasitəsilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılır.

Azərbaycan ərazisinə daxil olan olan kimi həmin şəxslər TƏBİB tərəfindən karantinə alınacaq.

www.parla.az