Azərbaycan tərəfindən işğal olunmuş ərazilərdəki dinc əhaliyə – MÜRACİƏTbackend

Azərbaycan tərəfindən işğal olunmuş ərazilərdəki dinc əhaliyə - MÜRACİƏT

İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir.

PARLA xəbər verir ki, Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edib.

Eyni zamanda Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edib:
“Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır. Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq”- bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

www.parla.az