Azərbaycan Ordusunun Ermənistana vurduğu zərər – hərbi texnikaların qiymətibackend

Azərbaycan Ordusunun Ermənistana vurduğu zərər - hərbi texnikaların qiyməti

Azərbaycan Ordusunun hərbçiləri erməni silahlı bölmələrinin onlarla hərbi texnika və maşınlarını ya ələ keçirir, ya da məhv edir.

“Biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Yəni bu, sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan *-+ərazisində. Sual olunur, kim onları silahlandırır?”

Ali Baş Komandan İlham Əliyevin bir neçə gün öncəki bu çıxışı yəqin çoxlarının yadındadır. Prezident demək olar ki, hər müraciətində uzun bir siyahı ilə ordumuz tərəfindən məhv olunan və ya əldə etdiyimiz hərbi texnikaların adlarını açıqlayır. Sayı bitib tükənməyən bu texnikaları Ermənistanın necə və hansı yollarla əldə etdiyi əslində çoxumuza bəllidir. Bəs əhəmiyyəti və qiyməti?

PARLA bu dəfə adını eşitdiyimiz bəzi hərbi texnikaların önəmi və maddi dəyərini araşdırıb.

“SMERÇ” – Çoxfunksiyalılığı, manevrliyi, yüksək etibarlığı, dəqiqliyi və gücüdür. Altı ədəd Smerçdən ibarət bir briqananın açdığı yaylım atəşi ilə bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür. BM-30 “Smerç” reaktiv yaylım atəşi sistemi öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri yoxdur.

“TOS-1A” odsaçan sistemin yaylım atəşinin yüksək səviyyədə olan dəqiqliyi atıcı qurğunun 6 km məsafədə olan birbaşa hədəflərə yönəldilməsi və avtomatlaşdırılmış tuşlama cihazları vasitəsilə təmin edilir.

“Toçka” – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir. “Toçka –U” opeartiv-taktiki raketlər komandirlər üçün düşmənin təmas xəttindən aralıda yerləşən obyektlərinə, komanda məntəqələrinə, qoşunlarının cəmləşdiyi nöqtələrə, anbarlara və aerodromlara dəqiq zərbə endirmək üçün vasitədir. Bu zaman komandirlərə hədəf üzərindəki hava məkanına nəzarət etmək gərək deyil. Bu raketlərdən habelə hədəfə nüvə başlığını və kimyəvi başlığı da çatdırmaq üçün istifadə etmək mümkündür.

Bəzi hərbi texnikaların təxmini qiymətini təqdim edirik.

1 ədəd TOS odsaçan – 4-6 milyon arası

2 ədəd əməliyyat taktiki raket kompleksi “Elbrus”  – 1 milyon 600 min

1 ədəd “Toçka-U” – 600 min

4 ədəd S-300 zenit raket kompleksi – 1 milyard dollar

198 ədəd top – təxmini 40 milyon

70 ədəd minaatan – 3 milyon 500 min dollar

4 ədəd “SMERÇ” – 1 ədəd təxmini 12 milyon, ümumi 48-50 milyon arası

Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində 30 ədəd OSA zenit raket kompleksi, 3 ədəd TOR zenit-raket kompleksi, 2 ədəd “Uraqan” sistemi, 5 ədəd KUB və “Kruq” zenit raket kompleksi, 9 ədəd radioelektron mübarizə sistemləri, həmçinin 100-dən çox yük avtomobilləri də siyahıya əlavə edilib.

 

www.parla.az