“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olundubackend

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olundu

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub.

PARLA-nın məlumatına görə, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsinə Ülvi Mansurov təyin olunub.

Qeyd edək ki, Ülvi Mansurov 2012-2015-ci illərdə Britaniyanın Uorvik Universitetində təhsil alıb, “Warwick Business School” proqramının məzunudur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, “Bank Technique” İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavini, “Azərpoçt” MMC-nin baş direktoru vəzifələrində çalışıb. Son təyinatına qədər isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

www.parla.az