Azərbaycan əsilli dünya ulduzu vəfat etdibackend

Azərbaycan əsilli dünya ulduzu vəfat etdi

Azərbaycan əsilli fransız aktyor, rejissor, mədəniyyət xadimi Rober Hosseyn 93 yaşında vəfat edib.

PARLA TASS-a istinadən xəbər verir ki, ailəsinin sözlərinə görə, Hosseynin xəstəxanada dünyasını dəyişib.

20-dən çox filmin müəllifi kimi rejissorluq fəaliyyəti ilə də məşğul olan Hosseynin sonuncu ekran əsəri “Məryəm adlı qadın” olub. Onun ən uğurlu tamaşası “Paris Notre Dame”dır.

1927-ci ildə Parisdə doğulan Hosseynin atası Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından olub. O, Oktyabr çevrilişindən sonra Fransaya mühacirət edib.

Atası Əminulla Hüseynov dövrünün bəstəkarı, musiqiçisi kimi tanınıb. Paris həyatına qaynayıb-qarışmaqdan ötrü o, Andre Osseyn adı ilə çıxış eləyib. Əslən səmərqəndli, milliyətcə azərbaycanlı olan Əminulla Hüseynov sovet hakimiyyəti qurulduqdan sonra mühacir dalğasının vətəndən uzaqlara atdığı ziyalılardandır.

www.parla.az