Aybəniz Haşımovanın qızı rəsmi olaraq boşandı – FOTObackend

Aybəniz Haşımovanın qızı rəsmi olaraq boşandı - FOTO

 

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva idmançı həyat yoldaşı Kənanla boşanıb.

PARLA xəbər verir ki, uzun müddətdir davam edən söhbətlərə Kənan özü sosial media hesabında paylaşdığı məlumatla son qoyub.

Rəsmi olaraq boşandıqlarını deyən idmançı bir də bu məsələ haqqında danışmaq istəmədiyini bildirib:

“Biz nə birinciyik, nə də sonuncu. Belə olmasını istəməzdik. Ordan-burdan eşidib, sonra reklamdır deməyin. Biz rəsmi olaraq ayrıldıq”.

Qeyd edək ki, cütlük ötən ilin dekabrında nişanlanıb. Onların toyu bu ilin fevralında gerçəkləşib.

www.parla.az