Avtobusda “maskanı tax” deyən sürücünü vuran şəxs üzr istədi – VİDEObackend

Avtobusda "maskanı tax" deyən sürücünü vuran şəxs üzr istədi - VİDEO

İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən Anar Nehmətli üzr istəyib.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abeşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xırda xuuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması Nərimanov rayon məhkəməsinə göndərilib.

www.parla.az