Avropada COVID-19-un yenidən yayılmasının səbəbi açıqlandıbackend

Avropada COVID-19-un yenidən yayılmasının səbəbi açıqlandı

Avropa və şimal yarımkürəsinin bir sıra ölkələrində COVID-19-a yeni yoluxmalar gənclərin yay dövründə sayıqlığı azaltmaları lə bağlıdır.

PARLA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Faktlar göstərir ki, COVID-19-a kütləvi yoluxmalar bəzi ölkələrdə gənc insanların şimal yarımkürəsində yay mövsümü zamanı öz sayıqlıqlarını zəiflətmələri nəticəsində artıb”, – o deyib.

ÜST-ün baş direktoru yenidən vurğulayıb ki, gənclər və uşaqlar COVID-19-a yoluxmağa meyillidir. Buna görə onlar pandemiya zamanı sayıqlıq nümayiş etdirməli, həmçinin maska taxmalı və sosial məsafə qaydalarına riayət etməlidir.

www.parla.az