Avqustun 5-dən bu iki rayonda karantin ləğv edilirbackend

Avqustun 5-dən bu iki rayonda karantin ləğv edilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün elan olunan qərarına görə hazırda sərtləşdirilmiş karantin rejimində olan iki rayonda avqustun 5-dən sonra qadağalar aradan götürülür.

PARLA-nın verdiyi xəbərə görə, bunlar Şəki və Siyəzən rayonlarıdır. Həmin rayonlarda sərtləşdirilmiş karantin rejimi ləğv edilərək ümumi karantin rejimi tətbiq ediləcək.

Bundan başqa, bu dəfə Salyan rayonu da sərtləşdirilmiş karantin zonasına daxil edilib.

www.parla.az