Türkiyədə konsert verən Mətanət İsgəndərli qınandıbackend

Türkiyədə konsert verən Mətanət İsgəndərli qınandı

Əməkdar artist Mətanət İsgəndərli ötən gün Türkiyənin İstanbul şəhərində yerləşən “İst-Baku” restoranında konsert proqramı ilə çıxış edib. Azərbaycanın Vətən müharibəsi apardığı bir ərəfədə müğənninin belə bir addım atması hər kəs tərəfindən sərt reaksiya ilə qarşılanıb.

PARLA Musavat.com-a istinadən xəbər verir ki, konsertin iki gün, yəni 24-25 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Müğənni konsertinin ilk günü ictimaiyyətin sərt tənqidləri ilə üzləşib. Sosial şəbəkələrdə çoxlu sayda izləyicilər “Artistlik edib “İnstagram”da şəkillər paylaşırsan, özün isə restoranda konsert verirsən…!”, “Bir-iki manata görə nə şəhid bildin, nə də vətən” və sairə bu kimi şərhlər yazıblar.
Çoxsaylı tənqidlərdən sonra adı çəkilən restoranın “İnstagram” səhifəsindən konsertlə bağlı anons və paylaşımlar silinib.
Məsələyə tanınmışlar da reaksiya veriblər. Tarix Əliyev (Tolik) bu barədə sosial şəbəkədə aşağıdakıları qeyd edib:
“Bu nə biabırçılıqdır?! İstanbulda konsert vermək nədir, özü də 2 günlük? Bu ölkədə şəhid xəbəri alırıq! Türkiyədə müharibə olsaydı konsert verə bilərdiniz? Bəs hər gün videolarla xalqa yalandan təsəlli vermək nədir? Ayıb olsun!”

www.parla.az