ANAMA: “Bərdəyə təxmini 144 ədəd bombacıq atılıb”backend

ANAMA: "Bərdəyə təxmini 144 ədəd bombacıq atılıb"

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) direktoru Qəzənfər Əhmədov ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən və mahiyyətindən danışıb:

O bildirib ki, hər raketin içərisində 72 ədəd bombacıq olur: “Biz iki ədəd “Smerç” tipli raketin qalıqlarını tapmışıq. Bu o deməkdir ki, 144 ədəd bombacıq atılıb. Bu raketlərin Beynəlxalq Konvensiyalara görə, dinc əhaliyə qarşı istifadəsi qadağandır. Ermənilər bundan əvvəl də bu tipli raketləri Goranboy və Ağcabədiyə atıb. Görünən odur ki, düşmən dinc əhalini hədəfə alıb”.

www.parla.az