Almaniya Azərbaycanla uçuşları bərpa edirbackend

Almaniya Azərbaycanla uçuşları bərpa edir

Almaniyanın “Lufthansa” aviaşirkəti sentyabrın 1-dən oktyabr ayının 24-ə qədər Frankfurt-Bakı-Frankfurt marşrutu üzrə uçuşlar həyata keçirəcək.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

Məlumatda qeyd edilib ki, aviareyslər həftədə iki dəfə həyata keçiriləcək. Belə ki, çərşənbə axşamı və cümə axşamı saat 20:30-da təyyarə Bakıya enəcək, cümə axşamı və şənbə günləri 04:20-də təyyarənin Bakıdan qalxması gözlənilir.

Xatırladaq ki, hazırda Azərbaycandan 4 ölkə paytaxtına həftədə 1 və 4 dəfə olmaq şərti ilə müəyyən reyslər nəzərdə tutulub. Bu şəhərlər İstanbul, London, Berlin və son olaraq da qarşılıqlı marketinq razılaşmasına əsasən Minskdir.

www.parla.az