“Ağdamı, Səxavətin qəbrini gördüm, dəhşətə gəldim” – VİDEObackend

"Ağdamı, Səxavətin qəbrini gördüm, dəhşətə gəldim" - VİDEO

Əməkdar artist Firuz Səxavət işğaldan azad olunan Ağdam rayonu və mərhum xanəndə Səxavət Məmmədovun qəbrini ziyarət edib. Xanəndə Abdal-Gülablıda qəbiristanlığın dağılmadığını qeyd edib:

“30 ildir baxımsız olduğundan qəbirlər çöküb. Səxavətin ruhu da sevindi. Yaxın gələcəkdə onun qəbrinin üstünü götürəcəyik”.
Firuz Səxavət deyir ki, Abdal-Gülablıda bir ev belə qalmayıb:
“Kəndimizə getdim… Orda gördüyüm mənzərədən dəhşətə gəldim, xeyli müddət özümə gələ bilmədim. 30 il erməninin yaşadığı kənd necə olar? Kəndimizdən əsar-əlamət yoxdur. Bir dənə ev qalmayıb, hamısı dağıdılıb. Hamı donub qalmışdı, heç kəs heç kəslə danışmırdı, dəli kimi ora-bura baxırdım. İnsanın öz evini belə görməsi çox çətindir”.
Qeyd edək ki, hərbçilərimiz Ağdam rayonununda azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar. Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Xatırladaq ki, Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1991-ci il sentyabrın 30-da Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib. (Qaynarinfo.az)

www.parla.az