Ağcaqanadlardan koronavirus yoluxa bilər? – RƏSMİbackend

Ağcaqanadlardan koronavirus yoluxa bilər? - RƏSMİ

Koronavirusun yayılmasında ağcaqanadların rol oynayıb- oynamaması çoxlarını narahat edirdi. Yay gəlincə ortaya çıxan milçək və ağcaqanadlar bu şübhələri bəzi insanlarda hətta panika halına gətirib.

Düzdür, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun ağcaqanadlar tərəfindən yayıla bilməsini isbat edən faktın olmadığını demişdilər. Lakin, Kanzas Universitetinin tədiqatçıları məsələyə elmi tədiqatlarla cavab tapmaq istəyiblər. Və məlum olub ki, milçək və ağcaqanadlar koronavirusun daşıyıcıları, insandan insana keçməsinə səbəb ola bilməzlər. Buna səbəb ağcaqanadların viruslara qarşı həssas olub, onların təsiri ilə dərhal ölmələridir. Bakteriyaları isə asanlıqla ötürə bilirlər.

Maraqlıdır ki, bir müddət öncə italiyalı bir qrup həkim koronavirusun əslində virus deyil, bakteriya olması barədə iddia səsləndirmişdi.

Qeyd edək ki, it, pişik, toyuq, yarasa, dovşan, donuz, ilan və balina kimi heyvanların koronavirus daşıyıcısı və ötürücüsü ola bilmə ehtimalı sübut olunub.

www.parla.az