“Aeroflot” Bakıya uçuşlara başlayırbackend

“Aeroflot” Bakıya uçuşlara başlayır

Rusiyanın “Aeroflot” şirkəti sentyabrın 24-dən Moskva-Bakı-Moskva reyslərinə başlayır.

Bu barədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından məlumat verilib.

Uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günü keçiriləcək. Bakıdan təyyarə cümə axşamı 07:20-də, bazar günləri isə 02:50-də qalxacaq. Reyslər tək Rusiya vətəndaşları üçün deyil, istəyən hər kəs üçün nəzərdə tutulub.

Xatırladaq ki, milli aviadaşıyıcı AZAL Bakı-Moskva reyslərini yerinə yetirir.

www.parla.az