ABŞ Türkiyəyə silah satışını dayandırdı – TAM 40 İL SONRAbackend

ABŞ Türkiyəyə silah satışını dayandırdı - TAM 40 İL SONRA

ABŞ Konqresinin bir neçə üzvü rəsmi Ankaranın Rusiyadan “S-400” zenit-raket sistemlərini almasına cavab olaraq iki il müddətinə rəsmi Vaşinqtonun Türkiyəyə silah satışını nəzərdə tutan böyük razılaşmanı bloklayıb.

PARLA xəbər verir ki, bu barədə ABŞ-da dərc edilən “Defense News” nəşri məlumat verib.

Dondurulan müqavilələrin sayı dəqiq bilinməsə də, onların arasında azı ikisinin böyük saziş olduğu qeyd olunur.

“Defense News” yazır ki, ABŞ 40 ildən çoxdur ki, Türkiyəyə qarşı oxşar qadağalar tətbiq etməyib.

Sonuncu dəfə 1975-ci ildə Türkiyə ordusu Kiprə hücum etdikdən sonra Vaşinqton Ankaraya silah satışını üç il müddətində dayandırmışdı.

www.parla.az