ABŞ sərhəd təhlükəsizliyini gücləndirmək üçün Azərbaycana hərbi yardımı artırırbackend

ABŞ sərhəd təhlükəsizliyini gücləndirmək üçün Azərbaycana hərbi yardımı artırır

2018-2019 Xəzər dənizi və Cənub Sərhədində Tərəfdaşlığın Potensialının Gücləndirilməsi və Təhlükəsizlik Proqramları çərçivəsində ABŞ Azərbaycana 101,5 milyon dollar yardım etmişdir və bu il də bunu etmək niyyətindədir.

Amerikalı ekspert, erməni lobbisinin və ermənipərəst senatorların Bakının hərbi subsidiyalarını dayandırmaq səylərini şərh edərək, heç bir şey əldə etmədiklərini vurğulayıb.

S.Sarkisyan Bakının Vaşinqton üçün strateji əhəmiyyət kəsb etdiyini, buna görə də nə olursa olsun, Ermənistana kömək göstəriləcəyini bildirib.

“Nə qədər çalışsaq da, heç nəyi dəyişə bilmərik. Buna görə hesab edirəm ki, ABŞ-ın Ermənistana hərbi yardım göstərməsini və bu prosesi tarazlaşdırmasını təmin etməliyik. Düşünürəm ki, düzgün strategiya ABŞ-ı Azərbaycana hərbi yardımı dayandırmaq əvəzinə, Ermənistana hərbi yardım göstərməyə məcbur etməkdir ” deyən Sarkisyan Azərbaycanın bir sıra üstünlüklərə, o cümlədən enerji baxımından böyük əhəmiyyətə malik olduğunu etiraf etməyə məcbur olub.

Suren Sarkisyan

” Azərbaycana hərbi yardım ABŞ-ın bölgədəki ən sadiq və görünən tərəfdaşı olan Gürcüstana göstərilən yardımdan çox olmamalıdır. Yeni maliyyələşdirmə paketi transmilli təhdidlərə qarşı çıxmaq və sərhədlərinin təhlükəsizliyini təmin etmək, terror əməliyyatlarının qarşısının alınması, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə və böhranlara cavab vermə qabiliyyətlərini inkişaf etdirmək üçün təhlükəsizlik qüvvələrinə kömək etməklə Azərbaycanın sabitliyinə töhfə vermək məqsədi daşıyır “deyə hesabatda bildirilir.

Erməni politoloq Narek Minasyanın fikrincə , Trump administrasiyasının siyasətinin mövcud xüsusiyyətləri və Ermənistanın hazırkı hökuməti tərəfindən irəli sürülmüş prioritetlər Ermənistan-Amerika gündəliyinə yenidən baxılmasının zəruriliyini artırır.

Narek Minasyan

“ABŞ-ın Azərbaycana bu qədər misli görünməmiş yardımı hələ olmayıb. Hərbi olaraq, Azərbaycan Ermənistan üçün əlavə risklər daşıyan bölgədə daha da güclənə bilər” -deyə, Narek Minasyan bildirib.

Ukraynalı hərbi ekspert Mixail Jirokhov da Azərbaycanın Qafqazdakı əhəmiyyətindən danışır. Buna görə, Vaşinqtonun hər hansı bir təzyiqə baxmayaraq, Rusiya və İran amili ilə əlaqəli olan Azərbaycana kömək etməyə davam edəcəyinə əmindir.

“Xarici siyasət dəyərlərlə deyil, ticarət və iqtisadi amillərlə idarə olunur. Ermənistan iqtisadiyyatının cəlbediciliyi, təəssüf ki, azdır, lakin neft və coğrafi mövqeyi ilə Azərbaycan Vaşinqtona daha yaxındır.” Tramp bildirib.

www.parla.az