ABŞ Rusiya vətəndaşlarına və şirkətlərə sanksiyalar tətbiq etdibackend

ABŞ Rusiya vətəndaşlarına və şirkətlərə sanksiyalar tətbiq etdi

ABŞ Rusiyada yaşayan və ölkəni tərk etmiş 8 nəfərə, Rusiya və Finlandiyadakı 7 təşkilata sanksiya tətbiq edib.

PARLA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında deyilir. Sanksiyalar kibercinayətkarlıq, ABŞ-da seçkilərə müdaxilə və Ukraynadakı vəziyyətlə əlaqədar tətbiq olunub.

Rusiyada məhdudiyyət qoyulan şəxslər Boris Qaykoviç, Yelena İvanova, Nadejda Kuçumova, Vladislav Zanindir. Onlar hamısı Sankt-Peterburq sakinləridir. Mərkəzi Afrika Respbulikasında olan Aleksandr Kuzin, Dmitri Sıtıy və Yevgeni Xodotov, Finlandiyada yaşayan Nikita Kovalevski də sanksiya qoyulanlar siyahısındadır.

Finlandiyadakı Acex OY, GCH Finland OY, Optima Freight OY və Unicum Trade OY şirkətlərinə də məhdudiyyətlər qoyulub. Siyahıda Mərkəzi Afrika Respublikasından “Lobaye İnvest”, Sankt-Peterburqdan “M-Finance”, ”Oceanos” şirkətlərinin adları var.

www.parla.az