ABŞ polisi 8 yaşlı əlil uşağın əllərini qandalladı – VİDEObackend

ABŞ polisi 8 yaşlı əlil uşağın əllərini qandalladı - VİDEO

2018-ci ildə ABŞ-ın Florida ştatında bir məktəbdə müəllim sinəsini yumruq atan 8 yaşlı əlil uşağın polis tərəfindən əlləri qandallanaraq həbs edilməsi ilə bağlı video paylaşılıb.

PARLA xəbər verir ki, ailənin vəkili Benjamin Kremp avqustun 11-i baş vermiş hadisənin görüntülərini sosial şəbəkə üzərindən paylaşıb.

Florida ştatının Ki Vest şəhərində baş vermiş hadisənin Tvitter-də yayımlanmasından sonra, videoya bu günə qədər 1,1 milyon dəfə baxış olub. Görüntülər yayımlandıqdan sonra ABŞ-da böyük reaksiyalara səbəb olub.

Benjamin Kremp görüntülərdə polisin ağlayan uşağı həbs edərkən qorxutmaq üçün “həbsxanaya gedəcəksən” sözlərindən istifadə etdiyini bildirib.

Uşağın ailəsi azyaşlı uşağın qorxduğunu və psixologiyasının pozulduğunu bildirərək, polis əməkdaşlarını məhkəməyə verib. Vəkil Kremp polisin misilsiz güc tətbiq etdiyini bildirib. San Antonionun sabiq meri Culian Kastro görüntünü paylaşıb və uşağın necə travma aldığını qeyd edib.

www.parla.az