ABŞ hərbi gəmisi Gürcüstan limanına daxil olubbackend

ABŞ hərbi gəmisi Gürcüstan limanına daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Porter” gəmisi Gürcüstanın Batumi limanına daxil olub.

PARLA xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib.

Gəminin Batumi limanına üçüncü dəfə daxil olmasının məqsədi dəniz təhlükəsizliyi üzrə əməliyyatlar həyata keçirmək və regional təhlükəsizliyin gücləndirilməsidir.

www.parla.az