ABŞ ələ keçirdiyi İran gəmilərindəki yükü müsadirə etdi – İLK DƏFƏbackend

ABŞ ələ keçirdiyi İran gəmilərindəki yükü müsadirə etdi - İLK DƏFƏ

ABŞ İrandan Venezuelaya neft daşıyan gəmiləri ələ keçirib.

PARLA “The Wall Street Journal”a istinadla xəbər verir ki, ABŞ tərəfindən ələ keçirilən gəmilərin İrandan Venezuelaya neft aparmağa cəhd etdiyi bildirilib. Verilən məlumatlarda ABŞ-ın həmin gəmilərdəki yükü müsadirə etdiyi qeyd edilib. Xəbərdə həmçinin bildirilir ki, bənzəri hadisələr bir neçə dəfə yaşanıb. Ancaq, ilk dəfədir ki, ABŞ ələ keçirilən gəmidəki yükü müsadirə edib. ABŞ hökuməti bu addımla İran-Venezuela arasındakı ticarət münasibətlərinin kəsilməsinin hədəfləndiyini vurğulayıb.

www.parla.az