Abel Məhərrəmovla Əli Abbbasov da cəzalandırıldıbackend

Abel Məhərrəmovla Əli Abbbasov da cəzalandırıldı

Prezident Aparatının keçmiş rəhbəri, AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən sabiq nazir və sabiq rektor cərimələnib.

PARLA-nın verdiyi məlumata görə, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA rəhbəri Ramiz Mehdiyevin müşaviri Əli Abbasov və Filarmoniyanın direktoru Murad Adıgözəllinin hər biri karantin rejiminin qaydalarını pozaraq toyda iştirak etdiyi üçün polis tərəfindən 400 manat cərimə olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

www.parla.az