Abdulla Şaiqin qız nəvəsi nazirlikdə rəhbər vəzifəyə təyin olundubackend

Abdulla Şaiqin qız nəvəsi nazirlikdə rəhbər vəzifəyə təyin olundu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsinə yeni təyinat edilib.

PARLA xəbər verir ki, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə bundan sonra Acalova Fərəh Fuad qızı sözügedən postda çalışacaq.

Qeyd edək ki, şair Abdulla Şaiqin qız nəvəsi Fərəh Acalova 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2002-ci ildə həmin ixtisas üzrə magistr (fərqlənmə), 2009-cu ildə Böyük Britaniyanın Sasseks Universitetinin İnkişaf Araşdırmaları İnstitutunun “Gender və inkişaf” ixtisası üzrə magistr (fərqlənmə) pilləsini bitirib. Vyana Diplomatik Akademiyasında Avropa Araşdırmaları üzrə təlim kursunun xüsusi fərqlənmə sertifikatını alıb. Nyu-York Universiteti (ABŞ) və Lund Universitetində (İsveç) beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə təlim kurslarında iştirak edib. ADA Universitetinin orta və yüksək vəzifəli diplomatlar üçün liderliyin inkişafı üzrə xüsusi təlim kursunun ilk məzunlarından biridir.

Son təyinatadək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

İngilis, rus, fransız və ispan dillərini bilir.

www.parla.az