92 yaşlı türkiyəli aktyor koronavirusa qalib gəldibackend

92 yaşlı türkiyəli aktyor koronavirusa qalib gəldi

Koronavirusa yoluxan Türkiyənin tanınmış aktyoru Haldun Dormen səhhəti barədə sosial şəbəkə hesabında paylaşım edib.

92 yaşlı aktyor vəziyyətinin yaxşı olduğunu vurğulayıb:

“Artıq əvvəlki vəziyyətimə qayıdıram. Zəng vuran, soruşan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl aktyorun koronavirus testi pozitiv çıxıb.

www.parla.az