90-cı illərin Qarabağ canisi: “Gözlərinə baxaraq yaxınlaşdım”backend

90-cı illərin Qarabağ canisi: "Gözlərinə baxaraq yaxınlaşdım"

“Cəbhəyə yola düşməmişdən öncə Xankəndində kilsədə dua edirdik. Kilsədə şam yandırarkən birdən həyəcan siqnalı çalındı, şəhərdə partlayışlar eşitdik və hamı dağılışdı. Kilsədən çıxanda keçmiş “prezident”, komandirim Bako Saakyanın həyətdəki skamyada oturduğunu gördüm. Gözlərinə baxaraq yaxınlaşdım. Saakyanın həyəcanlı, yaşla dolu gözlərini gördüm”.

Bunu 1-ci Qarabağ savaşına Suriyadan diaspor xətti ilə gətirilmiş erməni terrorçusu, 90-cı illərin Qarabağ canilərindən olan Şahe Acemyan “Facebook” səhifəsində qeyd edib.

1992-1994-cü illərdə Qarabağ müharibəsində xüsusi fəallıq göstərib və “Xaçlılar” dəstəsinin komandiri Qaro Kaxkeçyanın ən yaxın adamı olub.

Hazırda İrəvanda yaşayan Acemyanın əli bir çox günahsız azərbaycanlının qanına batıb.

O, aktiv şəkildə həm virtual aləmdə, həm də real həyatda anti-Azərbaycan təbliğatı aparır.

www.parla.az