81 yaşlı Kral 22 yaşlı həyat yoldaşının doğum gününü qeyd edirbackend

81 yaşlı Kral 22 yaşlı həyat yoldaşının doğum gününü qeyd edir

Nigeriyada Oyo adlı bir şəhər var, əvvəllər isə eyni adlı bir imperiya var idi və alafin (və ya padşah) – Yoruba xalqının hökmdarı – nominal gücə sahib idi. Lakin zaman keçdikcə imperiya yıxıldı və təkcə eyniadlı şəhər qaldı. İndi bu güc Alafin Lamidi Adeyemi aiddir. 81 yaşında olan Kralın 13 arvadı var, ən gəncinin isə dünən  22 yaşını oldu.

İnstaqram səhifəsində Kraliça Anuoluvapo Adejemi əri və uşaqları ilə fotosessiyasını paylaşdı və təşəkkürlə dolu uzun bir yazı yazdı:

“Həyatımda yeni bir bahar. Bu an üçün yalnız Allaha şükür edə bilərəm. Yaşadığım üçün, ailəm üçün, gözəl övladlarım, dostlarım, abunəçilərim üçün Allaha təşəkkür edirəm. Ərimə, Əlahəzrət Lamidi Olaiivola Atanda Adeyemi-yə təşəkkür edirəm. Onun sayəsində oxumağa davam edirəm. O, mənə hədəflər qoymağı və onlara doğru getməyi öyrətdi.

Onun sözlərinə görə, “müvəffəqiyyətə aparan yol heç vaxt hamar deyil, əzmkarlıq göstərmək lazımdır – bunlar qələbə üçün əsas şərtlərdir.”

“Bu il mənə yeni şanslar gətirsin. Ad günüm mübarək!

Kral Lamidi Adejemi III və Kraliça Anuoluwapo Adejemi uşaqlarıyla birlikdə

Əlahəzrət Anuoluvapo və ya qısaca Anu, hazırda kralın ən sevimlisidir. Tez-tez onunla birlikdə gəzir, rəsmi tədbirlərə aparır. Anu özü ölkəsində modelyer sayılır – anası dizaynerdi və tez-tez qızı üçün eksklüziv geyimlər tikir.

Ananın hədiyyə paltarında Kraliça Anu

Yerli mediada yayılan məlumatlara görə, Kraliça Anunun atası bir dərman şirkətinin sahibidir. Bir vaxtlar King Lamidi ona böyük bir sifariş almağa kömək edir və Anu’nun atası, öz növbəsində, monarxa təşəkkür etmək qərarına gəlir – dədiyyə olaraq öz qızını Krala verir.

King və dörd arvadı Londonda

www.parla.az