65 saat dağıntılar altında qalan 3 yaşlı qızın sağ qalması hər kəsi təəccübləndirdibackend

65 saat dağıntılar altında qalan 3 yaşlı qızın sağ qalması hər kəsi təəccübləndirdi

Türkiyənin İzmir şəhərində üç yaşlı uşaq 65 saat sonra 6,6 bal gücündə olan zəlzələnin dağıntıları altından sağ çıxarılaraq ümidsiz insanların sevincinə səbəb olub.

PARLA Sondakika.com-a istinadən xəbər verir ki, Elif Perinçekin dağıntılar altında qalan anası Seher Dereli və on yaşlı əkiz bacıları Ezel və Elzem də 16 saat sonra dağıntılar altından sağ çıxarılıb. Amma yeddi yaşlı qardaşı Ümidi xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumatına görə, hadisə nəticəsində ümumilikdə 962 nəfər xəsarət alıb. Onlardan 743-ü müalicə olunaraq evə buraxılıb. 219 nəfərin müalicəsi davam etdirilir. 79 nəfər isə həlak olub.

www.parla.az