40 azərbaycanlını 3000 erməni ilə üz-üzə qoydular – FOTO – VİDEObackend

40 azərbaycanlını 3000 erməni ilə üz-üzə qoydular - FOTO - VİDEO

Los Ancelesdə yaşayan ermənilər iyulun 21-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.

PARLA-nın məlumatına görə aksiyanın Azərbaycan tərəfindən təşkilatlanması düzgün həyata keçirilməyib.

Belə ki, 40-50 azərbaycanlı 3000-dən də çox erməni ilə üz-üzə qoyulub.

Aksiyanın erməni tərəfdən iştirakçıları isə xüsusi avtobusla, daimi sərin su ilə təmin olunub.

PARLA Azərbaycanlıların hücuma məruz qaldığı fotoları və videonu təqdim edir.

www.parla.az