30 ilin əsrə bərabər son 30 günü – TARİXbackend

30 ilin əsrə bərabər son 30 günü - TARİX

Bu gün Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün əks-hücum hərbi əməliyyatlarına başlamasından bir ay ötür.

Tarixi günlər yaşadığımız son 30 gündə istər cəbhədə, istərsə də beynəlxalq aləmdə Azərbaycan öz qüdrətini göstərib.

Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Ordusu işğal altında olan 4 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, 4 qəsəbə – Hadrut, Suqovuşan, Mincivan, Ağbənd, 166 kənd və çoxlu sayda əhəmiyyətli strateji yüksəklikləri işğaldan azad edib.

Bir aylıq döyüşlərdə Azərbaycan müasir və üstün hərbi texnologiyası ilə fərqlənib. PUA-lardan geniş istifadə nəticəsində Azərbaycan Ordusunu dünyanın diqqətini özünə çəkərək hərb tarixində iz qoyub.

Düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu tərəfindən sentyabrın 27-dən bəri Ermənistan Ordusunun 252 tankı məhv edilib, 53 tank qənimət kimi götürülüb Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb. Tank əleyhinə vasitə 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.

Zenit-raket kompleksləri – 4 “TOR”, 40-a yaxın “OSA”, 4 ədəd “KUB”, 1 ədəd ”KRUQ”, 2 ədəd “S-125” qurğusu məhv edilib. 6 ədəd “S-300” atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator məhv edilib.

İki ədəd “Elbrus”, 1 ədəd “Toçka-U” əməliyyat taktiki raket kompleksi məhv edilib. 231 yük avtomobili, onlardan 20-si sursatı ilə birgə məhv edilib. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb.

www.parla.az