28 yaşlı qadın 27 illik embrion sayəsində ana oldu – FOTObackend

28 yaşlı qadın 27 illik embrion sayəsində ana oldu - FOTO

ABŞ-da 27 il öncə mayalanmış embriondan uşaq dünyaya gəlib.

Belə ki, 1992-ci ildən dondurulub saxlanılan donor embrion bu ilin fevral ayında 28 yaşlı Tina Gibsona köçürülüb.

Hamiləliyini yaxşı keçirən qadın oktyabrın sonunda dünyaya gətirdiyi qız uşağına Molli Everett adını verib.

Qeyd edək ki, mütəxəssislər bildirirlər ki, embrionu bu qədər uzun müddət dondurulmuş uşağın dünyaya gəlməsi bir ilkdir.

Bundan öncəki rekord Tina Gibsonun digər qızına məxsusdur. Belə ki, 3 yaşlı Emma Vren 2017-ci ildə 24 il ərzində dondurulan embriondan dünyaya gəlib.

www.parla.az