2 şagird qızdırmaya görə imtahana buraxılmadıbackend

2 şagird qızdırmaya görə imtahana buraxılmadı

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 9 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirilib.

PARLA DİM-ə istinadən xəbər verir ki, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 2 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

www.parla.az