Paşinyan: Ermənistan Rusiyanın iştirakı ilə Azərbaycanla danışıqlara hazır deyil!backend

Paşinyan: Ermənistan Rusiyanın iştirakı ilə Azərbaycanla danışıqlara hazır deyil!

Ermənistan Qarabağ məsələsinin nizamlanması üzrə Azərbaycan və Rusiyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi imkanını mümkünsüz hesab edir.

PARLA “Sputnik Armenia” saytına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“İntensiv hərbi əməliyyatlar zamanı Ermənistan – Azərbaycan – Rusiya sammiti haqqında danışmaq o qədər də məqsədəuyğun deyil. Danışıqlar üçün müvafiq atmosfer və şərtlər lazımdır”, – deyə Paşinyan qeyd edib.

O, həmçinin qeyd edib ki, Ermənistan həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazır olub:

“Lakin bu o demək deyil ki, Ermənistan bu məsələni öz milli maraqlarına və təhlükəsizliyinə zərər vuraraq həll etməyə hazırdır”.

Paşinyan, həmçinin vurğulayıb ki, Ermənistan xarici ölkədən olan sülhməramlıların Qarabağa yerləşdirilməsini nəzərdən keçirmir.

www.parla.az