Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildibackend

Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

Koronavirus pandemiyası zamanı dublyajları ilə məşhurlaşan Ərtoğrul Kamalova yeni vəzifə verilib.

PARLA xəbər verir ki, o, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ərtoğrul Kamalovun Nazirlər Kabineti yanında operativ qərargahla bağlı hazırladığı videolar bir müddət öncə Prezidentin köməkçiləri Şahmar Mövsümov və Hikmət Hacıyev tərəfindən müsbət qiymətləndirilmişdi. Prezidentin köməkçiləri onu Prezident Administrasiyasına dəvət etmişdilər.

www.parla.az