Ərdoğan Britaniyanın baş naziri ilə Ermənistan-Azərbaycan münaqişəsini müzakirə etdibackend

Ərdoğan Britaniyanın baş naziri ilə Ermənistan-Azərbaycan münaqişəsini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla telefonla danışıb.

PARLA Türkiyənin Rabitə Nazirliyinin verdiyi xəbərə istinadla bildirir ki, görüşdə Türkiyəı-İngiltərə əlaqələri, Şərqi Aralıq dənizindəki proseslər, Ermənistanın Azərbaycana qarşı təxribatları və silahlı hücumu nəticəsində bölgədə yaranan gərginlik müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan döyüşlərə toxunaraq bildirib ki, bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından – Dağlıq Qarabağ və ətraf rayonlardan çəkilməlidir.

www.parla.az