Müdafiə Nazirliyi: Düşmənin daha 2 tankı məhv edildi – VİDEObackend

Müdafiə Nazirliyi: Düşmənin daha 2 tankı məhv edildi - VİDEO

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Təqdim edilən videoda bir az əvvəl iki ədəd düşmən tankının məhv edilməsi anı əks olunub.

www.parla.az