178 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə ediləcəkbackend

178 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə ediləcək

Gürcüstanda olan daha 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

PARLA xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ölkəyə qayıdacaq şəxslər sabah COVİD-19 testi verəcək. Testlərin cavabı günün ikinci yarısında açıqlanacaq.

Təxliyə ediləcək şəxslər 23 iyunda saat 10:00-da Səfirliyin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə gətiriləcək.

www.parla.az