İsrail Məhkəməsi Ermənistanın yox, Azərbaycanın xeyrinə qərar verdi: “Silah satışı dayandırılmayacaq”backend

İsrail Məhkəməsi Ermənistanın yox, Azərbaycanın xeyrinə qərar verdi: "Silah satışı dayandırılmayacaq"

İsrail Ali Məhkəməsi Azərbaycana ən müasir silah satışına qadağa qoyulması ilə bağlı iddianı rədd edib. 

PARLA xəbər verir ki,  “The Jerusalem Post”un yaydığı məlumata görə,  Eli Cozef tərəfindən iddia qaldırılıb. O, Azərbaycanda silahların 60% -nin İsraildən  tədarük edildiyinə dair xəbərlər təqdim edib.

Hakim Yosef  Elronun sözlərinə görə, Cozefin təqdim etdiyi heç bir fakt İsrail silahlarının ermənilərə qarşı müharibə cinayətləri törətmək üçün istifadə edildiyini sübut etmir.  Bu ən yaxşı halda İsrail silahlarının Azərbaycana satıldığını sübut edir ki, bu da onların anbarda və ya ehtiyatda yalnız müdafiə məqsədi ilə saxlanılması mənasını verə bilər ”-deyə İsrail qəzeti yazır.

“Jerusalem Post” hakimin vəsatətin verilməsi üçün vaxtından əvvəl və kifayət qədər araşdırma aparılmadığını əsas gətirərək ermənipərəst “fəal” Cozefdən 1500 şekel qanuni ödəniş də tələb etdiyini açıqlayıb.

“Vəsadət bəhs edilən silahların Ermənistana qarşı müharibə cinayətləri üçün istifadə edilib-edilməməsinə dair dinləməni əsaslandıracaq sübutların olmaması səbəbindən rədd edilib”.

www.parla.az