Azərbaycanın məşhurları Qarabağda döyüşməyə getdilərbackend

Azərbaycanın məşhurları Qarabağda döyüşməyə getdilər

Azərbaycanın məşhur ifaçıları və idmançıları Silahlı Qüvvələrimizin əks-hücumunun davam etdiyi cəbhə xəttinə yollanıblar.

PARLA-nın məlumatına görə, ölkədə qismən səfərbərlik elan edildikdən sonra cəbhəyə gedənlərin sırasına xeyli tanınmışlarımız da qatılıb. Əməkdar artist, birinci Respublika Muğam Müsabiqəsinin laureatı İlkin Əhmədov, güləşçi, dünya çempionatının bürünc mükafatçısı Əfqan Xaşalov, taekvondoçu, Avropa Oyunlarının çempionu Ayxan Tağızadə, dicey Roşka (Rövşən Həsənov) və bir çox digər məşhurlarımız könüllü kimi cəbhəyə yollanıblar. Qarışıq döyüş ustası Tofiq Musayev də onların sırasındadır.

www.parla.az