Emin Ağalarov: “Uşaqlarım da məni ciddi qəbul etmir”backend

Emin Ağalarov: "Uşaqlarım da məni ciddi qəbul etmir"

“Pul, gəlir yoxdur. Yeni layihələr üçün də məcbursan borc götürəsən. Elə bu verilişə gəlməzdən əvvəl yeni kredit müqaviləsi imzaladım”.

PARLA xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov “Jara TV”də qonaq olarkən deyib.

O, pandemiya ərəfəsində gəlirin azalmasından gileylənib.

Müğənni kreditə üz tutduğunu etiraf edib.

Emin aparıcının “Subay olmaq necədir? Qızların hücumuna məruz qalırsan” sualına “Ən qəribəsi isə yol gedəndə kiminsə qolundan yapşmasıdır” cavabını verib.

“Tik-tok”da özünə səhifə açmasına münasibət bildirərkən Ağalarov övladlarının ona etirazını açıqlayıb:

“Özüm “Tik-tok”u yoxlamaq istədim. Videom milyon baxış topladı. Oğlumla maşınla gedirəm, dedi ki, “Tik-tok” açmısan? deyirəm, bəli. Qayıtdı ki, çox baxılan videon, bilirəm, milyon baxış toplayıb, amma qeyri-ciddidir. Deyirəm, nəyi bəyənmədin? Deyir, orada suallara cavab verirsən, ciddi deyil. Başa düşdüm ki, uşaqlarım da məni ciddi qəbul etmir”.

www.parla.az