Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistan müharibəsindən danışaraq hazırkı dönəmdə Fransanın rolunu vurğulayıb. “Hazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var” deyən başçı ədalətli davranmadıqlarını söyləyib:
“Minsk qrupunda varsınız. Bu günədək nə edibsiniz? Azərbaycan ərazilərini işğaldan azad edibsinizmi? Sadəcə, ermənilərə silah göndəririsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı düşünürsünüz. Edə bilməzsiniz, çünki dürüst deyilsiniz”.

